Bir çox insanlar qeyri-adi üsullara əl ataraq pul qazanmağa çalışsalar da, son nəticədə fırıldaqçılığa qədər gəlmişlər. A. Gary isə pul qazanmağın və yaxud qənaət etməyin ən yaxşı üsulunu tapmış xoş niyyətli yaşlı bir insandır.
60 yaşlı təqaüdçü xərclədiyi pulların yenidən öz cibinə qayıtması üçün belə bir sadə və unikal üsuldan istifadə edir. O sahib olduğu hər bir banknotun üzərində əl yazısı ilə bu sözləri yazır: “Xahiş edirəm, əgər imkanınız varsa bu pulu mənə geri qaytarın. Mən çox kasıbam”. Bu yazının altında isə təqaüdçü öz ev ünvanını qeyd edir.
Yazının diqqətdən kənar qalmaması üçün isə o yazını qırmızı qələm ilə qeyd edir. Bu isə banknotun yararlılığına heç bir zərər gətirmir. Gary sadəcə pulunu tələb edir və heç kimi onu geri qaytarmağa məcbur etmir. Maraqlıdır ki, əksər insanlar banknotu ona geri qaytarır. Bnaknotun geri qaytaılma ehtimalını artırmaq üçün isə o adətən 1 dollarlıq banknotdan istifadə edir. Hər halda insanlar 10 və yaxud 20 dollara nisbətən 1 dollar ilə daha tez vidalaşmağa hazırdırlar. Onun aylıq gəliri isə cəmi 60 dollardır. Bununla yanaşı, ona yalnızca ABŞ-dan deyil, Hollandiya və hətta Avstraliyadan belə pul göndərirlər.
Bu yaşlı təqaüdçü yaratdığı pul qazanma üsuluna görə heç də xəcalət hissi keçirmir. Bir çoxları özlərinin bu ideyaya olan münasibətini də qeyd etməyi unutmur və daha öncədən özlərinin bunu düşünə bilmədiklərinə təəssüf edirlər.