3 C
Baku
Saturday, December 14, 2024

BirKart sahibləri ölkə üzrə olan Mall-larda daha çox qazanacaqlar

®Bildiyiniz kimi ölkə ərazisində xüsusi karantin rejiminin tədricən yumşaldılması nəticəsində iri ticarət mərkəzilərinin və Mall-ların fəaliyyəti uzun sürən fasilədən sonra qismən bərpa edilib. Bu münasibətlə ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri alış-veriş zamanı bir sıra üstünlüklərdən bəhrələnə biləcəklər. 

Belə ki, 31 iyul 2021-ci il tarixinədək BirKart sahibləri Bakı şəhərində olan Nargiz Mall, Port Baku Mall, 28 Mall, Ganjlik Mall, Metropark, Deniz Mall, Park Bulvar AVM, Nizami Mall, Gəncədəki Gəncə Mall, Tağıyev Mall, Xəmsə Mall və Naxçıvanda fəaliyyət göstərən Cahan AVM-də olan partnyor mağazalarda taksitlə alış-veriş etdikdə 5% keşbek, 3 qat Mil və ya 5% Umico Bonusu qazanacaqlar. Bir taksit əməliyyatı üzrə qazanıla bilən maksimal keşbek məbləği 50 AZN-dir. Hər BirKart ilə kampaniyadan maksimum 5 dəfə yararlanmaq mümkündür. Kampaniya haqqında daha ətraflı – www.kbl.az/bkmlcm

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

Son xəbərlər
Digər xəbərlər