Amerikanın “Mercer” konsaltinq şirkəti xarici işçilərin yaşaması üçün dünyanın ən bahalı şəhərlərinin reytinqini tərtib edib.
Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, siyahıda Türkmənistanın paytaxtı Aşqabad liderlik edir. Keçən il bu şəhər reytinqdə ikinci yerdə olub. Bildirilir ki, Aşxabadda yaşayışın baha olması ilk növbədə uzun müddət davam edən hiperinflyasiya və maliyyə böhranı ilə əlaqəlidir.
Aşxabadla yanaşı ilk onluğa dünyanın ən böyük biznes mərkəzləri daxil olub. Onlar sırasında Honkonq, Tokio və Sürixin adı çəkilir. Maraqlıdır ki, Beyrut cəmi bir il ərzində 45-ci yerdən 3-cü yerə yüksəlib. “Mercer” bunu Livanda koronavirus pandemiyası və 2020-ci ilin avqust ayında Beyrut hava limanındakı partlayışla ağırlaşan iqtisadi böhranın inkişafı ilə əlaqələndirir.
İyunun 12-də Moskvanın da dünyanın ən bahalı şəhərləri reytinqinə daxil olduğu məlum olub. Şirkət bu siyahını transmilli şirkətlərə xarici işçilərin yaşayış xərclərini hesablamağı kömək etmək məqsədilə tərtib edir. Ümumilikdə, qiymətləndirmə zamanı dünyanın 214 ölkəsindəki şəhərlər müqayisə edilib. Başlanğıc nöqtəsi kimi Nyu-Yorkdakı qiymətlər götürülüb.