Dünya Bankı (DB) Tacikistanda kənd təsərrüfatının inkişaf etdirilməsinə və COVID-19 pandemiyasının təsirlərinin aradan qaldırılmasına 58 milyon dollar vəsait ayırıb.
Vəsait əsasən kənd və rayonlarda özəl bölmənin, kiçik və orta biznesin, bağçılıq və bostançılığın inkişafına, yeni iş yerlərinin açılması istiqamətindəki layihələrə xərclənəcək.
Qeyd edilir ki, vəsait, həmçinin Tacikistanın kənd təsərrüfatı sahəsində çalışan elmi-tədqiqat institutlarının və Tacikistan Aqrar Universitetinin fəaliyyətlərinin genişləndirilməsinə yönəldiləcək.
Bildirilir ki, vəsaitin bir hissəsinin zərərvericilərlə, həmçinin çəyirtkə ilə mübarizə tədbirlərinə xərclənməsi nəzərdə tutulub.