Böyük Britaniyanın Baş naziri Uinston Çörçill tərəfindən yaradılan rəsm əsəri hərracda 1.8 milyon dollara satılıb. Bildirildiyi kimi, əsər 1921-ci ilin avqustunda yağlı boya ilə çəkilib.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Bununla yanaşı, rəsm yunan sahibkar Aristotel Onassisin (1906-1975) kolleksiyasının bir hissəsi olub. Mart ayında Hollivud aktrisası Ancelina Coli Çörçillin əsərini rekord 11.5 milyon dollara satıb.
Uinston Çörçill 40 yaşında ikən rəsm çəkməyə başlayıb. Həyatı boyunca siyasətçi təxminən 540 əsər yaradıb. Onların bir hissəsi şəxsi kolleksiyalarda saxlanılır.