Azərbaycanda bank kartlarının sayı 10 milyon ədədə çatır.
Banker.az-a bu barədə Mərkəzi Bankdan məlumat daxil olub.
Bank kartlarının sayı 9 milyon 972 min ədəd təşkil edib.
Bu da son bir il ərzində 1 milyon 501 min ədəd, yaxud 18% artması deməkdir.
Bank kartlarının 3 milyon 503 min ədədi sosial, 2 milyon 596 min ədədi əməkhaqqı, 2 milyon 692 min ədədi digər və 1 milyon 181 min ədədi isə kredit kartları təşkil edib.