Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun ən yoluxucu mutasiyasının adını açıqlayıb.
Bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə bildirib.
ÜST rəhbərinin sözlərinə görə, “delta” ştammı bütün ştammlardan ən çox yoluxucudur. Ştamm 85 ölkədə aşkar edilib və peyvənd olunmayan əhali arasında sürətli templə yayılır.
Tedros Adhanom Qebreyesus vurğulayıb ki, hazırda dünyada koronavirusa yoluxma hallarının artımı qeydə alınır, bu, ölüm faizinin artımına gətirib çıxara bilər.