9 C
Baku
Thursday, December 12, 2024

Siyasətçilərin ən gülməli danışıq səhvləri

Heç kimə sirr deyil ki, siyasətçilər daim geniş kütlə qarşısında çıxış etməyə belə desək məhkumdur. Bununla yanaşı, onların çıxış nitqləri heç də həmişə gülünc və anlaşılmaz səhvlərsiz ötüşmür. Məşhur siyasətçilərin ən yadda qalan və təbəssüm doğuran danışıq xətaları ilə tanış olaq:

John Kerry

ABŞ dövlət katibi John Kerry öz maraqlı deyimləri ilə məşhurdur. Məsələn, o Virciniya ştatında universitet tələbələri qarşısında çıxış edərkən bildirmişdir: “Amerikalılar Gürcüstan və Qırzağstanda demokratik institutları dəstəkləyir”.

Corc Buş

Kiçik Corc Buş danışıq zamanı səhvlərə yol vermək üzrə lider hesab olunur. Prezident olduğu müddətdə kütlə qarşısında çıxış zamanı o yol verdiyi danışıq xətalarının sayına görə hər kəsi geridə qoya bilib.

O Yaponiyaya səfəri zamanı “devalyasiya” və “deflyasiya” sözlərini səhv salmışdı. Nəticədə yen-in məzənnəsi sürətlə enmişdi. Vəziyyəti isə yalnızca Ağ evin prezidentin danışıqda səhvə yol verdiyini rəsmi şəkildə bəyan etməsindən sonra düzəltmək mümkün olmuşdu.

Bir dəfə isə Buş çıxışında bunları demişdi: “Mən Səddam Hüseynin əlini kəsdiyi cəsur iraqlının əlini sıxmaqdan böyük qürur hissi duyuram”.

Sarah Palin

ABŞ-ın digər siyasətçiləri də qeyri-adi cümlələrlə kütlənin yaddaşında qalmağı bacarıb. Belə ki, vitse-prezidentliyə namizəd olan Sara Palin vegeterianlar ilə mübahisə edərkən belə bir ritorik sual vermişdi: “Əgər Allah bizim heyvanları yeməyimizi istəmirsə, onda nəyə görə onları ətdən yaradıb?”

John McCain

Sarah Palin kimi Respublika partiyasından olan John McCain bir dəfə “İraq və Pakistan sərhəddində baş verən silahlı qarşıdurmaya görə” narahat olduğunu bəyan etmişdi.

Viktor Yanukoviç

Təbii ki, danışıq xətalarına yalnızca amerikalı siyasətçilər yol vermirlər. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç də öz xətaları ilə məşhurdur. Belə ki, o İsraili Avropa ölkəsi adlandırmış, yunan dağı olan Afon-un Fələstində olduğunu zənn etmiş, 2010-cu ildə seçki kampaniyası çərçivəsində Bolqarıstanı Belorussiya adlandırmışdı.

Son xəbərlər
Digər xəbərlər