Onlar ölkəmizin inkişafına ən yaxından dəstək verənlərdəndirlər. Onlar- dövlət büdcəsinin formalaşmasında müstəsna xidmətləri olan vergi işçiləridir. Bu gün –fevralın 11-i Vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Unibank Vergilər Nazirliyi əməkdaşlarının peşə bayramı münasibəti ilə 0% komissiyalı nağd kredit kampaniyası keçirir. Vergi əməkdaşları 11-18 fevral tarixlərində Unibank filiallarına müraciət edərək, 10.000 AZN-dək komissiyasız kredit götürə biləcəklər.
Artıq rəsmi iş yeri olan və əmək müqaviləsi əsasında çalışan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər.
Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı