“Turan Bank” ASC-nin departamentlərindən birinə yeni direktor müavini təyin edilib.
Banker.az-ın əldə etdiyi xəbərə görə, Alik Əlibəyov bankın Müştəri xidmətləri departamentinin yeni direktor müavini təyin edilib. A.Əlibəyov, 2018-ci ilin iyununda “Turan Bank”a filial direktoru gəlmiş, bundan öncə “Dəmir Bank”da çalışmışdır.
Qeyd edək ki, bu departamentə hazırda Eldar Fərəcov rəhbərlik edir.
Bankın strukturunda hazırda 15 departament fəaliyyət göstərir.