Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çini malyariyadan malyariyadan azad ölkə kimi tanıyıb.
Bunu Cenevrədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Baş direktor bildirib: “Bu gün Çin xalqını ölkələrinin malyariyadan qurtulması münasibətilə təbrik edirik. Bu müvəffəqiyyət çox zəhmət bahasına və on illərlə məqsədyönlü və ardıcıl fəaliyyətdən sonra əldə edilib”.
Qebreyesus vurğulayıb ki, bundan sonra Çin “dünyaya malyariyadan azad gələcəyin real məqsəd olduğunu nümayiş etdirən ölkələr sırasına qoşulur.”