Sevilən insanlar özlərinin bütün əşyaları ilə birlikdə ölməlidirlər.
İstənilən əşya canlıdır. Lazım olan yeganə şey onun ruhunu oyatmaqdır.
Özünə bu möcüzəni yaşatmadan – həqiqətən sevdiyin insan ilə yan-yana yatmadan ölmə.
Öz həqiqi məhəbbətinizə rast gəlsəniz, o sizi heç vaxt tərk etməyəcək – nə bir həftədən, nə bir aydan, nə də bir ildən sonra.
Bir şey qadını cəlb edirsə, bilirəm ki, bunun sonu yaxşı olacaq. Qadınların dünyanı idarə etdiyi mənə gün kimi aydındır.
Gülümsə, bədbəxtliyini sevindirmə.
Ona “hə” cavabını ver. Hətta qorxudan nə etdiyini bilməsən belə, hətta daha sonradan təəssüf edəcəyini bilsən belə. Çünki qalan bütün ömrün boyu nəyə görə “yox” dediyini özünə bağışlaya bilməyəcəksən.
Barışma anı bir ömürlük dostluqdan daha dəyərlidir.
SSRİ – bir dənə belə olsun Coca-Cola reklamına sahib olmayan 22 400 000 kvadrat kilometrlik bir ərazidir.
İnsanın yalnız bir dəfə, ananın onu dünyaya gətirdiyi gün doğulmur. Həyat insanı bir neçə dəfə, yenidən doğulmağa məcbur edir!
Xoşbəxtliyin sağalda biləcək yaranı sağaldacaq ikinci bir dərman yoxdur.
Uzun müddət gözləyən şəxs, bir az da gözləyə bilər.
Mən papaq taxmıram, sonradan onu kiminsə qarşısında çıxarmamaq üçün…
Dəlillərinə qulaq asdıqdan sonra heç bir dəli dəli deyildir.
İnsanınmüharibədə yaşadıqlarını izah etmək üçün bu qədər çox axtarmağa nə ehtiyac var, əgər bir söz – “qorxu” varsa.
İlham yalnız iş zamanı sənə qonaq gələr.
Bilik və müdriklik insana artıq ona ehtiyac duymadıqda nəsib olar.
Xeyir, mən varlı deyiləm. Mən pullara sahib yoxsulam. Bu isə eyni şey deyil.