Tacikistan hökuməti ilə Dünya Bankı arasında 35 milyon dollarlıq maliyyə sazişi imzalanıb.
Sazişi Tacikistanın maliyyə naziri Fayziddin Kaxorzoda və Dünya Bankının bu ölkədəki nümayəndəliyinin rəhbəri Yan Peter Olters imzalayıblar.
Bildirilir ki, bu vəsait milli statistika sisteminin modernləşdirilməsinə, Dağ Bədəxşan Muxtar vilayəti və Xatlon vilayətindəki dağ kəndlərinin elektrikləşdirilməsi layihələrinə, dövlət maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsinə və Aral dənizi hövzəsində iqlimin dəyişməsi və bunun təsirlərinin azaldılması ilə bağlı hazırlanan proqramın reallaşmasına xərclənəcək.