11 C
Baku
Tuesday, November 5, 2024

Ukrayna şirkətləri Tərtər SES-i bərpa etmək istəyir

Ukrayna şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına köməklik göstərməyə hazırdır.

Bunu açıqlamasında Ukraynanın Poltava Vilayət Şurasının deputatı, enerji məsələləri üzrə ekspert Yevgeni Korf bildirib.

Onun sözlərinə görə, Ukrayna şirkətləri keçmiş Sovetlər İttifaqı ərazilərində çox az şirkətin edə biləcəyini Qarabağda həyata keçirə bilərlər: “Hazırda generasiya sistemlərinin istehsalı ilə Ukraynada 2 müəssisə məşğul olur. Keçmiş SSRİ dövlətlərindən belə bir istehsal müəssisələrdən biri Belarusda, daha 2-i isə Rusiyada fəaliyyət göstərirdi. Hətta Qərbdə belə sistemləri istehsal edən müəssisələr çox azdır. Bu cür generasiya sistemlərinin istehsalı digər ölkələrdəki istehsaldan daha ucuz və keyfiyyətlə başa gəlir və bu müəssisələrin generator və turbinlərin təmir-bərpası sahəsində böyük təcrübələri də mövcuddur”.

O qeyd edib ki, Ukraynanın “KrAZ” avtomobil zavodu da yenidən bərpa edilir: “Hazırda ABŞ bu zavodun məhsullarını əldə etməyi planlaşdırır. Bunu nəzərə alaraq düşünürəm ki, azad olunmuş ərazilərdə “KrAZ”ın məhsulları da lazımlı olar”.

Y. Korf qeyd edib ki, amma hələlik Poltava vilayətinin iş adamlarının Azərbaycanın “Bakıkabel” müəssisəsi ilə birgə işləyə biləcəyi ilə bağlı danışıqlar aparılıb: “Bu müəssisə ilə ilk görüşümüz hələ ki tanışlıq xarakteri daşıyıb. Gələcəkdə Ukrayna və Azərbaycan iş adamları arasında əməkdaşlıq perspektivləri olacaq. Bizdə olan məlumata görə, Azərbaycan tərəfi Tərtər Su Elektrik Stansiyasını (SES) bərpa etməli olacaq. Çünki bu SES işğaldan azad olunduqdan sonra bərbad vəziyyətdədir. Ukrayna şirkətləri bu SES-i də bərpa etmək imkanına malikdirlər və SES-də Ukraynadakı təcrübədən istifadə edə bilərlər. Azərbaycan bu sahədə Ukraynanın təcrübəsindən istifadə edə bilər”.

Son xəbərlər
Digər xəbərlər