“Tibb işçilərinin əməkhaqqı qaydalarının dəyişdirilməsi üzərində operativ iş gedir. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.
Bu fikirləri 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Onun sözlərinə görə, bu qaydalar bütün səhiyyə sahəsini əhatə edəcək: “Qaydalar təsdiq olunduqdan sonra vətəndaşlara geniş məlumat veriləcək”.
K.Ələkbərov bildirib ki, KTM-də əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək: “Əlavələr aprelin 1-dən hesablanacaq və bütün tibb, qeyri-tibb sektorunu əhatə edəcək”.