Kanadanın Britaniya Kolumbiyası əyalətində anomal istilər səbəbindən 500-ə yaxın insan ölüb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Mütəxəssislərin fikrincə, getdikcə qurbanların sayı daha da artacaq.
“Son beş gündə Britaniya Kolumbiyasında misli görülməmiş sayda ölüm qeydə alınıb. Cümə və çərşənbə axşamı saat 13:00 arasında ən az 486 qəfil ölüm olduğu bildirilib”, – mesajda deyilir.
Xatırladaq ki, daha əvvəl Britaniya Kolumbiyası əyalətində 233 ölüm hadisəsi olduğu bildirilib. Əyalətdə hava temperaturu rekord 49° C-yə çatıb.