19 C
Baku
Sunday, October 13, 2024

Banklar bir il ərzində 40 minə yaxın Pos terminal quraşdırıb

1 yanvar 2015-ci il tarixində Azərbaycanda quraşdırılmış bankomatların sayı 2 608 ədəd, Pos terminalların sayı isə 73 013 ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən məlumat verir ki, son bir ay ərzində ölkə ərazisində quraşdırılmış bankomatların sayı 22 ədəd, son bir il ərzində isə 186 ədəd artıb.

Həmçinin bankomatların 1 471 ədədi Bakı şəhərində, 1 137 ədədi isə regionlarda quraşdırılıb.

Pos terminalların sayı isə 1 ay ərzində 4 337 ədəd artıb. Quraşdırılan Pos terminalların 50 050 ədədi Bakı şəhərində, 22 963 ədədi isə regionlardadır.

Son 1 il ərzində isə ölkə ərazisində 39 728 ədəd Pos terminal quraşdırılıb ki, bu da 2 dəfədən çox artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər