Gürcüstanın “Georgian Times” media holdinqi “Biznes reytinq XXI” mükafatının qaliblərini elan edib.
Münsiflər heyətinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “Socar Energy Georgia” ilin investor şirkəti adına layiq görülüb.
Şirkətin nümayəndəsi İrakli Zubitaşvili mükafata görə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, mükafat şirkətə əlavə stimul və motivasiya verəcək: “Şirkətimizin hər bir əməkdaşına təşəkkür edirəm. Onlarsız bu qələbə mümkün olmazdı”.
2006-cı ildə yradılan “SOCAR Energy Georgia”nın əsas fəaliyyət istiqamətləri neft məhsullarının idxalı və satışıdır. Şirkət qonşu ölkədə müxtəlif önəmli sosial layihələr reallaşdırır, xeyriyyəçilik fəaliyyəti ilə də tanınır.