19 C
Baku
Sunday, October 13, 2024

Kredit borcunda gecikmələr niyə yaranır?

Hər kəsə aydındır ki, gələcəkdə yenidən kredit əldə etdiyiniz zaman, düzgün kredit tarixçəsinin və gecikmənin olmamasına diqqət yetirilir. Kreditlərin verilməsi üçün əvvəlcə  kredit mütəxəssisləri tərəfindən, həmin müştəriyə kredit verilməsinin düzgün olub-olmaması araşdırılır. Daha sonra isə əgər araşdırmalar müsbət yekunlaşarsa həmin müştəriyə kredit ayrılır.

Ümumiyyətlə, banklar və yaxud BOKT-lar müştərilərə, kredit borclarını nə qədər tez ödəsələr, bir o qədər onların xeyrinə olduğunu izah etməlidirlər. Həmçinin banklar kreditlərini gecikdirən müştərilərinin sayını minimuma edirə bilmələri üçün məbləğindən və müddətindən asılı olmayaraq hər kəsə sms ilə xəbərdarlıqlar edirlər.

Təbii ki, bütün bunlar həm müştərinin kredit tarixçəsində problemlərin yaranmamasına,həm də bankın gecikmədə olan portfelinin azalmasına təsir edir.

Lakin bunlara baxmayaraq, yenə də bankların kredit portfelində gecikmələr yaranır. Hətta hazırda Azərbaycanda son statistika gecikmədə olan kreditlərin 976,3 mln manat təşkil etdiyini göstərir ki, bu da ümumi kredit portfelinin 5.2 %-ni təşkil edir. Bəs kreditlərin gecikməsində başlıca səbəb nədir?

İlk növbədə bankdan kredit əldə etmək istədiyiniz zaman, bank sizin gəlir və xərclərinizi və yaxud digər bankda kredit borcunuzun olun olmamasını araşdırır. Lakin müştəri kreditora, digər yaxınına və yaxud hər hansısa bir tanışına borcunun olubduğu haqqında heç bir məlumat vermir. Krediti əldə etdikdən sonra isə borcları biraz da çoxalır. Bir çox borcları olan şəxsin isə kredit borcunu gecikdirməyəcəyindən əmin olmaq düzgün deyil.

Bəzən isə kredit götürən şəxs proseduru tezləşdirmək üçün kredit müqaviləsini oxumadan imzalayır. Lakin bu çox səhv addımdır. Çünki ola bilər ki, bank müqaviləyə müştəri üçün vacib olan nüanslar əlavə etsin. Bunları oxumadan müqaviləni imzaladığınız zaman isə sonra heç bir dəyişiklik edə bilməyəcəksiniz.

Lakin, kreditlərin gecikməsi üçün yaranan əsas səbəblər bunlarla kifayətlənmir. Aşağıdakı nüanslar da bankın kredit portfelində gecikmənin yaranması üçün böyük rol oynayır.

  • Bankdan alınan kreditin digər şəxslərə ötürülməsi;
  • Başqasına məxsus heyvandarlıq təsərüfatının özününki kimi göstərilməsi;
  • Digər şəxslərə aid olan qızıl əşyalarını girova qoyulması;
  • Müştərinin digər şəxslərə olan borclarının gizlədilməsi;
  • Digər xərcləri haqqında kreditora məlumat verilməməsi;
  • Məsuliyyətdən yayınma;
  • Kredit müqaviləsinin sona kimi oxunmaması.

Sonda onu da qeyd etmək lazımdır ki, gecikdirmələr bankın imicinə və maliyyə nəticələrinə mənfi təsir göstərdiyi ki, sizin də kredit tarixçənizə pis təsir göstərir. Daha sonra isə həmin bank və yaxud digər banklar sizə kredit verməkdən imtina edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər