19 C
Baku
Sunday, October 13, 2024

Depozit faizləri yüksəlib

1 Yanvar 2015 –ci il Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi artıb.

Banker.az Mərkəzi Banka istinadən məlumat verir ki, hazırda ölkədə depozitlər üzrə orta faiz dərəcəsi cüzi dərəcədə artaraq, manatla 8.86%, xarici valyuta ilə 9.24% təşkil edib.

Həmçinin, hüquqi şəxslər üzrə orta faiz dərəcəsi manatla 5.51%, xarici valyuta ilə 6%, fiziki şəxslər üzrə isə manatla 9.45%, xarici valyuta ilə isə 9.78% təşkil edib.

O cümlədən 1 aya qədər verilən kreditlərin orta faiz dərəcəsi manatla 6.56%-dən artaraq 8.03%-ə, xarici valyuta ilə isə 5.16%-dən 8.67%-ə qalxıb. 1 ilə qədər verilən depozitlərin orta faiz dərəcəsi isə manatla 9.08%, xarici valyuta ilə 8.99% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər