23 C
Baku
Friday, September 20, 2024

“Hyundai” elektromobillər üçün akkumulyator istehsalına $100 mln. sərmayə qoyub

Cənubi Koreyanın “Hyundai” şirkəti elektromobillər üçün akkumulyator istehsalı startapına 100 milyon dollar sərmayə qoyub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, səhmdarlar arasında həmçinin “General Motors Co”, “SK Inc” və “Tianqi Lithium Corp” yer alır.

“SolidEnergy Sistems” (SES) şirkəti 2012-ci ildə, Massaçuseç Texnologiya İnstitutu əsasında qurulub və litium-metal batareyaların istehsalı ilə məşğul olur. Aprel ayında “Hyundai” elektrikli avtomobillər üçün batareyaların istehsalına başladığını açıqlayıb. Hal-hazırda avtomobil konserni batareyaları “SK Innovation Co Ltd” və “LG Chem Ltd” şirkətlərindən alır.

Mart ayında “General Motors” elektrikli nəqliyyat vasitələrinin çeşidini genişləndirmək üçün yeni batareyaların inkişafını sürətləndirmək məqsədilə “SolidEnergy Systems” ilə əməkdaşlıq etməyə başladığını bildirib.

“Hyundai” bu məlumatı şərh etməyib.

Son xəbərlər
Digər xəbərlər