Azərbaycanda həyatın yaşam sığortası üzrə bu ilin yanvar-may aylarında 122 milyon 967 min manat sığorta haqqı toplanılıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24.9% çoxdur.
Hesabat dövründə bu növ sığorta üzrə ödənişlər isə 115 milyon 587 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 64.2% çoxdur.
Həyatın yaşam sığortası üzrə yığımlar ümumi yığımların 30.9%-ni təşkil edib.