Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 3 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “Real Prays” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 16 min manatdır.
“Alliance Consulting Group” MMC ilə olan 2-ci müqavilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Birdəfəlik karton istehsalı ilə bağlı daxili bazar istehlakının öyrənilməsi” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınmasından ibarətdir. Bu müqavilənin dəyəri isə 17 min manatdır.
“Sage Solutions” MMC ilə 9 800 manatlıq 2 müqavilədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Elektron ticarət” layihəsi üzrə daxili bazar araşdırması və “Tibbi əlcəklərin istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması nəzərdə tutulur.