23 C
Baku
Friday, September 20, 2024

Ən dözümlü krossoverlərin reytinqi dərc olunub – Top 6-lıq

Avtomobil ekspertləri atmosfer güc aqreqatları ilə təchiz edilmiş ən dözümlü krossoverlərin reytinqini tərtib ediblər. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Altıncı yerdə Toyota RAV4 avtomobili yer alıb. Bu model yeni mühərriklərlə təchiz olunub – 2.5 litrlik (199 at gücü) A25A-FKS və 2.0 (149 at gücü) M20-FKS. Araşdırma nəticəsində ən çox ikinci avtomobil modelinin dözümlü olduğu məlum olub. 

Toyota RAV4

Koreyanın Kia Sportage avtomobili G4NA mühərriki ilə təchiz edilib. O, 200 min km məsafəni qət edə bilir. Dördüncü nəsil Sportage Avropa reytinqlərində dözümlülük baxımından həmişə ilk sıralarda dayanır. Beləliklə, Sportage reytinqdə beşinci yeri tutur.

Kia Sportage

Dördüncü yerdə Renault Duster avtomobili dayanır. Bu model müasir 1.3 litrlik mühərriklə təchiz edilib. Qeyd edək ki, Renault KapturNissan Terrano avtomobilləri də həmçinin bu mühərriki alıb. 

Renault Duster

Ən dözümlü krossoverlər reytinqində üçüncü yeri Mazda CX-5 tutur. Qeyd edək ki, şirkət ekoloji normalara riayət etməyə çalışır. Bu avtomobil 2.0 və 2.5 SkyActiv mühərriki ilə təchiz edilib. Bu gün onlar ən etibarlı mühərriklər sırasında birinci yer alır. 

Mazda CX 5

İkinci yeri Nissan X-Tail qazanıb. Bu avtomobil 250-300 min km resursa sahibdir. Baza modeli 2 litrlik MR20DD mühərriki ilə təchiz edilib. Avtomobilin özünə aid şikayətlərin siyahısı kiçikdir: baqajın balaca olması, iqlimə nəzarət sisteminin özünəməxsus xüsusiyyətlərə malik olması və s. 

Nissan X Tail

Reytinqin lideri Mitsubishi Outlander seçilib. Şirkət 20-30 il əvvəl olduğu kimi, ən yüksək səviyyədə olaraq qalır. Bu model 2.0 litrlik 4B11 mühərriki ilə təchiz edilib. Avtomobil rahat və etibarlı olmaqla yanaşı, yolsuzluq üçün ideal seçimdir.  

Mitsubishi Outlander

Son xəbərlər
Digər xəbərlər