Ədliyyə Nazirliyinin Pentensiar Xidməti su təchizatı üçün magistiral xəttin çəkilişi ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Banker.az xəbər verir ki, tenderin qalibi “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-dir.
Qalibə 3 090 153 manat ödəniləcək.
“Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır. Şirkətin 12 manat vergi borcu var.







