Bakı Fond Birjası 2021-ci ilin 1-ci yarımilliyi üzrə hesabatını yayıb.
Banker.az xəbər verir ki, hesabatda birja üzvlərinin ticarət göstəricilərinə də yer verilib.
Hesabatdan məlum olur ki, 2021-ci ilin 1-ci yarımilliyi ərzində səhm bazarı üzrə əməliyyatların həcminə görə 1-ci yeri “MFX- Trading İnvestisiya Şirkəti” ASC tutub.
Şirkət 6 ayda səhmlər üzrə 10 milyon 83 min manatlıq əməliyyat həyata keçirib.
“MFX- Trading İnvestisiya Şirkəti” investisiya şirkəti fəaliyyətinə ötən ilin Oktyabr ayında lisenziya alıb.