6 C
Baku
Sunday, December 15, 2024

Avropa Komissiyası alman avtomobil istehsalçılarını €875 mln. cərimə edib

Avropa Komissiyası Almaniyanın “Daimler”, “BMW”, “Volkswagen”, “Audi” və “Porsche” avtomobil istehsalçılarını rəqabət imkanlarının məhdudlaşdırılmasına görə 875 milyon avro cərimə edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, şirkətlər bir-biri ilə tullantıların katalitik azaldılması texnologiyasını (SCR) müzakirə ediblər.

Avropa Birliyinin tullantılarla bağlı tələblərinə cavab vermək üçün avtomobil konsernləri ona oxşar sistemdən istifadə etməyə qərar veriblər. Beləliklə, Avropa Komissiyasının verdiyi məlumata görə, istehsalçılar bilərəkdən bu texnologiyaları inkişaf etdirməməyə üstünlük veriblər və faktiki olaraq rəqabətdən qaçıblar.

“Avtomobil istehsalçıları SCR sistemlərinin səmərəliliyinin yüksəldilməsi sahəsində rəqabətdən qacınıblar və beləliklə mövcud qaydaları pozmuş olublar”, – Avropa Komissiyasının açıqlamasında deyilir.

Son xəbərlər
Digər xəbərlər