Zen prinsipləri – Dəyişin!
- Əgər bir insanı sevirsənsə, onun şəxsi həyatına qarışmayacaqsan. Onun daxili dünyasının sərhədlərini pozmağa haqqın yoxdur.
- Necə sevgi qazana biləcəyini düşünməyi tərgid və sevgi bəxş etməyə başla. Sevgi bəşx edərək sevgi qazanırsan. Başqa yolu yoxdur.
- Yaşamağa başla. Hələ gələcəkdə ola biləcək həyata indidən başlamağa çalışma.
- Dünyadakı bütün əzabların səbəbi insanın yaşamaq lazım olduğunu unutması və həyata heç bir adiyyatı olmayan fəaliyyətlərlə məşğul olmasıdır.
- Yaşamaq istəyirsənsə bir şeyi öyrən: hər şeyi və özünü olduğu kimi qəbul etməyi bacar!
- Varlısansa bu haqda düşünmə, kasıbsansa bunu çox da ciddiyə alma.
- Bacardığın qədər səhv et, yalnız bir şeyi yadda saxla: eyni bir səhvi ikinci dəfə təkrar etmə. Beləliklə, sən böyüməyə başlayacaqsan.
- Bilməlisən ki, azadlıq – ən qiymətsiz bir şeydir və əgər sevgi sənə azadlıq bəxş etmirsə bu sevgi deyil.
- Hər kəs kiməsə necə olmalı olduğunu öyrədir və heç kim heç vaxt məmnun görünmür.
- Sən özünə böyük problemlər yaratmağı sevirsən… sadəcə bunu dərk et və problemlər gözlənilmədən yox olacaq.