17 C
Baku
Sunday, October 13, 2024

Ölkələrin ən absurd yol qadağaları

  • Almaniyada benzinsiz yarı yolda qalmaq qadağandır.
  • Kiprdə sükan arxasında yemək və içmək (hətta su) qadağandır.

  • Alyaskada mövcud olan bir qanuna əsasən, sürücü öz itini maşınının yuxarı hissəsinə bağlaya bilməz.
  • San-Fransiskoda avtomobili təmiz olmayan alt paltarı ilə yumaq qadağandır.
  • Danimarkada istənilən şəxs maşını işə salmadan öncə onun altında kiminsə olub-olmadığını yoxlamağa məcburdur.
  • Kaliforniya və Tennesidə avtomobilin içərisində olarkən heyvanlara atəş açmaq qadağandır. Əgər bu heyvan balina deyilsə.
  • Sinqapurda piyada xəttinə 50 metrdən çox yaxınlaşmaq olmaz.
  • Nevada ştatında şossedə dəvə üzərində əyləşərək hərəkət etmək qadağandır.
  • İspaniyada mütləq olaraq özünüzlə ikinci cüt eynək götürməlisiniz, hətta birinci cüt gözünüzdə olsa belə.
  • Alabamada gözü bağlı şəkildə avtomobil idarə etmək qadağandır.
  • İllinoisdə yalnız yanğın halında avtomobilinizdə paltarlarınızı dəyişə bilərsiniz. Digər hallarda buna icazə verilmir.
  • Massaçusetsdə isə avtomobilinizin arxa oturacağında qorilla aparmaq cəhdinizə görə sizə cərimə düşəcək.
  • İspaniyanın bəzi şəhərlərində avtomobilinizi ayın tək günləri tən nömrəli evlərin qarşısında saxlamalısınız.
  • Amerikanın Montana ştatında isə qoyunu avtomobilin yük hissəsində “tənha” qoymaq olmaz.
  • Corcia ştatında isə avtomobil ilə uşaq parklarından keçmək rəsmən qadağandır.
  • Oklahamada isə sükan arxasında əyləncəli jurnallar oxuya bilməzsiniz.

Son xəbərlər
Digər xəbərlər