2 C
Baku
Saturday, December 14, 2024

“Philip Morris” tibbi mallar istehsalçısı “Vectura” şirkətini 1.5 mlrd. dollara alacaq

“Philip Morris” tibbi mallar istehsalçısı “Vectura” şirkətini 1.5 milyard dollara alacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət 2025-ci ilə qədər tərkibində nikotin olmayan məhsullardan minimum 1 milyard dollar qazanmaq istəyir.

Tütün şirkəti “Vectura”nın hər səhmi üçün 150 peso təklif edir. Bu, 2021-ci ilin mayında London birjasında qeydə alınan qiymətdən 11% çoxdur. Xatırladaq ki, 2021-ci ilin mayında “Carlyle” investisiya qrupu “Vectura”nı 958 milyon funt sterlinqə almağı təklif edib.

Müqavilədən sonra “Vectura” avtonom şirkət olaraq qalacaq, “Philip Morris” isə inqalyasiya preparat və cihazlar üçün onun texnologiyalarından istifadə edəcək.

“Marlboro”, “Parliament”, “IQOS” və digər brendlər “Philip Morris” şirkətinə məxsusdur.

“Vectura”da 200-dən çox alim çalışır. Şirkət ümumilikdə bazara 13 məhsul buraxıb, hansılar ki ona təxminən 11 milyard dollar gəlir gətirib və 10 milyondan çox insana kömək edib.

Son xəbərlər
Digər xəbərlər