9 C
Baku
Thursday, December 12, 2024

HR mütəxəssis (Expressbank)

TƏLƏBLƏR:

 

  • Ali təhsil
  • Analoji sahədə 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan və  rus  dillərində  sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;

İŞÇININ VƏZIFƏSI:

 

  • İşə götürülməsi nəzərdə tutulan namizədləri müsahibə və yoxlama yolu ilə nəzərdən keçirir, xülasələri yoxlayır, onların nəticələrini toplayır və şöbənin müdirinə təqdim edir;
  • İşə qəbul ilə bağlı elanların yerləşdirilməsini, anketlərin seçilməsini nəzarət edir;
  • Bankda vakant vəzifələrə işçilərin seçilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və namizədlərin sonrakı mərhələyə yönləndirilməsini nəzarət edir;
  • Potensial namizədləri müəyyənləşdirmək məqsədi ilə daxili işçi heyətinin, əmək bazarının və işədüzəltmə agentliklərinin bazasının qiymətləndirməsində iştirak edir;
  • Bankda işçiyə tələbat planını hazırlayır;
  • Gənc, istedadlı namizədlərin banka cəlb edilməsi ilə əlaqədar təhsil müəssisələri ilə əməkdaşlığın aparılması məqsədilə təhsil müəssisələrində prezentasiyaların (təqdimatların) keçirilməsini təşkil edir;
  • Kadr ehtiyatı ilə bağlı verilənlər bazasının yaradılması və mütəmadi olaraq yenilənməsini nəzarət edir;
  • Namizədlərin işə cəlb edilməsi məqsədilə işə qəbul mənbələrinə dair təkliflər hazırlayır;
  • Şöbənin müdiri tərəfindən verilən digər tapşırıqları  icra edir və eyni sahədə fəaliyyət göstərən mütəxəssisin fəaliyyətini istiqamətləndirir.

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.   

[email protected]

 

Son xəbərlər
Digər xəbərlər