TƏLƏBLƏR:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş stajı;
- Microsoft Office proqramlarını bilməli;
- Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
- Azərbaycan dilini sərbəst bilməli.
İŞÇININ VƏZIFƏSI:
- Ümumi və inzibati-iqtisadi məhkəmələrinə Bankın adından pretenziyalar, ərizələr və iddia ərizələri, pretenziyalara cavablar və iddialara etirazlar hazırlamaq;
- Ümumi, inzibati-iqtisadi və apellyasiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək;
- Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunu aparmaq;
- Bankda iddia işlərini aparmaq, məhkəmələrdə müəyyən edilmiş qaydada Bankın maraqlarını qorumaq;
- Pretenziya işlərinin təşkili və aparılmasında Bankın müvafiq struktur bölmələrinə məsləhət və metodik köməkliklər göstərmək;
- Əmək mübahisələrinin həlli üzrə səlahiyyətli orqanlarda nümayəndəliyi təmin etmək.
QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.