Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Litva XİN başçısı iyulun 13-14-də Türkiyədə səfərdə olacaq.
Keçiriləcək görüşlərdə Türkiyə-Litva, Türkiyə-Aİ münasibətləri, mövcud regional məsələlər və beynəlxalq gündəm müzakirə olunacaq.