“Atyal” dolomit yatağının istifadəyə verilməsi üzrə hərrac keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 12 iyul tarixində faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.
Hərraca Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağının 34400 m² sahəsi çıxarılacaq.
“Atyal” dolomit yatağının istismar müddəti 25 ilə qədərdir, yekun qiyməti 41 900 manatdır.