2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda istehsal olunan sementin xaricə ixracına başlandı

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.

Bu dəfə şirkət “Holcim Azərbaycan” ASC-in zavodunda istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verdi.

Yüklər Qaradağ stansiyasında, “ADY Express” MMC tərəfindən təqdim edilən yarımvaqonlara yüklənərək, Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilkdə 6-7 günə həyata keçirilir.

ADY Express bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay 4 belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, ADY Express hər ay “Holcim Azərbaycan” ASC-in istehsal etdiyi 15 000 ton sementin Gürcüstana nəql edilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər