7 C
Baku
Thursday, December 12, 2024

Çin və Rusiya arasında ticarətin həcmi 30%-dək artıb

Bu ilin ilk yarısında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 28,2% artaraq 63,075 mlrd. ABŞ dollarına çatıb. İyun ayında ölkələr arasındakı ticarətin həcmi 12,2 mlrd. dollar təşkil edib.

Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.

Məlumata görə, Rusiyaya ixrac ilin ilk yarısında 38,4% artaraq təxminən 28,9 mlrd. dollar təşkil edib. Rusiyadan idxal isə 20,6% artaraq 34,1 mlrd. dollara çatıb. 2020-ci ilin sonunda iki ölkə arasındakı ticarət həcmi illik nisbətdə 2,9% azalaraq 107,7 mlrd. dollar təşkil etmişdi.

Xatırladaq ki, son 20 ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 13 dəfə artaraq 104 mlrd. dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər