10 C
Baku
Thursday, December 12, 2024

Dubayda dünyanın ən dərin hovuzu açılıb

Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) 60 metrə qədər dalış qabiliyyəti olan dünyanın ən dərin hovuzu açılıb.

Bu barədə AFP məlumat yayıb.

“Deep Dive” (Dərin dalış) adlı hovuzda sualtı dünyasını sevənlər üçün hər şey nəzərdə tutulub. Əsas su hövzəsindən əlavə, orada süni “su altında qalmış şəhər” də var.

Hovuz formaca molyuska qapağını xatırladır. Çünki qədim zamanlarda bu diyarlarda dalğıclar suya mirvari tapmaq məqsilə dalardılar.

Obyektdə 14 milyon litrdən çox su var ki, bu da altı olimpiya hovuzunun tutumu ilə müqayisə edilə bilər.

Bu yeni hovuza baş çəkmək istəyənlər bir saat üçün 135-410 ABŞ dolları xərcləməli olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər