“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanunu Azərbaycan Prezidenti təsdiqləyib.
Qanunda deyilir,
Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 16-4.4-cü maddədən “, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri” sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda 16-4.4-1-ci maddə əlavə edilsin:
“16-4.4-1. Bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü və 15-28.4-cü maddələri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.”;
1.3. 16-4.6-cı maddəyə “16-4.4-cü” sözlərindən sonra “, 16-4.4-1-ci” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2021-ci il