Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel növbəti dəfə Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “Rustavi 2” telekanalına açıqlamasında bildirib.
O bildirib ki, səfər 18-19 iyul tarixlərinə planlaşdırılıb.
İ.Kobaxidze qeyd edib ki, Ş.Mişel Gürcüstana səfəri çərçivəsində iyulun 5-də Tbilisidə baş vermiş zorakılıq aktları və bununla əlaqədar görülmüş tədbirlərlə bağlı ətraflı məlumatlandırılacaq.
Qeyd edək ki, Ş.Mişel sonuncu dəfə cari ilin aprelində Gürcüstanda səfərdə olub.