10 C
Baku
Friday, December 13, 2024

Birinci yarımildə Çin iqtisadiyyatı 12.7 % artıb

Bu ilin birinci rübündə Çinin ÜDM-i ötənilki analolji dövrlə müqayisədə 18,3 %, ikinci rübündə 7,9 % artıb. İkinci rübdə artımın daha az olması müqayisə bazasının daha yüksək olması ilə şərtlənir.

“Prime” agentliyi xəbər verir ki, iqtisadçılar ikinci rübdən etibarən artım tempinin azalacağını və bu trendin ilin sonunadək davam edəcəyini gözləyirdilər.

Belə ki, pandemiya səbəbindən ötən ilin birinci rübündə ÜDM rekord səviyyədə azaldıqdan sonra ikinci rübdən ilin sonunadək sürətli artım nümayiş etdirib.

Ümumilikdə, bu ilin yarısında Çin iqtisadiyyatı ötənilki analoji dövrlə müqayisədə 12,7 % artıb.

 

Son xəbərlər
Digər xəbərlər