2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda araq istehsalının həcmi kəskin azalıb

Azərbaycanda istehsal edilmiş spirtli içkiləri illik ən neqativ dinamika araqda müşahidə edilir. Araq istehsalının həcmi illik müqayisədə 38.3 faiz azalmışdır.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilir.

2021-ci ilin ilk yarımilliyində 744.8 min dekalitr ( 1 dkl.=10 litr) həcmində araq istehsal edilmişdir.

Üzüm şərabı istehsalı illik müqayisədə 3.1 dəfə artaraq 334.2 min dkl. olmuş, pivə istehsalı 3.3 faiz artımla 2 milyon 574.3 min dkl. olmuş və brendi (konyak) isə 23.7 faiz artımla 10 min dkl. olmuşdur.

Alkoqolsuz içkilərin istehsal həcmi isə 16.4 faiz artımla 14 milyon 656.9 min dkl. olmuşdur.

Son xəbərlər
Digər xəbərlər