“Xiaomi” ilk dəfə smartfon satışına görə dünyada ikinci olub və “Apple”ı qabaqlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, 2021-ci ilin ikinci rübündə smartfon tədarükünə görə birinci yeri “Samsung” (19%) tutub.
“Xiaomi” (17%) ikinci, “Apple” isə üçüncü sırada yer alıb, bu barədə bazarın təhlili ilə məşğul olan “Canalys” şirkətinin hesabatında deyilir.
Qeyd edək ki, “Xiaomi” smartfonları “Samsung” və “Apple” modelləri ilə müqayisədə müvafiq olaraq 40% və 75% ucuz qiymətə satılır. Bu il “Xiaomi” üçün əsas prioritet bahalı cihazlarının satışını artırmaq olub.
Hesabatda deyilir ki, şirkətin tədarükü Latın Amerikasında 300%, Afrikada – 150%, Qərbi Avropada – 50% artıb.
İkinci rüb “Apple” və “Samsung” üçün “ən sakit” dövr olub, çünki hər iki şirkət yaxın aylarda yeni smartfon modellərini təqdim etməyi planlaşdırır, bu barədə “Bloomberg” agentliyi yazır.