Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatına əsasən, 2021-ci ilin ilk altı ayında AB-də təxminən 5.4 milyon avtomobil satılıb ki, bu da 2020-ci illə müqayisədə 25.2% çoxdur.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd etmək lazımdır ki, 2020-ci ilin satışlarına COVID-19 pandemiyası təsir göstərib. Həmin il anomal hesab olunur və bu səbəbdən statistika 2019-cu illə müqayisə edilir. 2021-ci ilin birinci yarısının nəticələrinə görə, avtomobil satışları 1.5 milyon ədəd artıb.
Əsas avtomobil bazarları arasında İtaliya liderlik edib (51.4%). Eyni zamanda ilk beşliyə İspaniya (34.4%), Fransa (28.9%) və Almaniya (14.9%) daxil olub. Ümumilikdə, hesabatda qeyd edildiyi kimi, ilin ilk yarısında təkcə Rumıniyada satışlar azalıb (5%).