24 C
Baku
Sunday, July 6, 2025

Azərbaycan geyim istehsalını artırsada xaricdən alışına 107 milyon dollar xərcləyib

Azərbaycan ölkədə geyim istehsalını, xaricdən alışını da artırıb.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsaəsən xəbər verir ki, bu ilin ilk 6 ayında ölkədə 59.7 milyon manatlıq geyim istehsal olunub. Ötən ilin ilk yarmilliyi iləmüqayisədə bu ilin eyni dövründə geyim istehsalı 10.7% artıb.

Xaricdən idxalında isə geyim əşyaları və geyim üçün ləvazimatların 15% artım var. Belə ki, bu ilin ilk 6 ayında xaricdən 107 milyon 534 min ABŞ dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib ki, bu da illik müqayisədə 14 milyon 636 min ABŞ dolları (15.7%) çoxdur.

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər