2021-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki
aya nisbətən 100.3 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104.6 faiz təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən velosipedlərin qiymətində bahalaşma müşahidə olunub.
Bundan başqa bahalaşan məhsullar srasında mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranlar da var.