5 C
Baku
Saturday, December 14, 2024

“Azərsu”nun yığılmış zərəri 7.3 mlrd. manata çatdı

“Azərsu” ASC ötən il ərzində 323.22 mln. manat xalis zərərlə başa vurub.

Banker.az bu barədə dövlət şirtkətin maliyyə hesabatına istinadən xəbər verir.

Bu da illik müqayisədə 45.45% azdır.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 4,6% artaraq 7  milyard 303.45 mln. manata çatıb.

Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 184.25 mln. manat (əvvəlki ilə nisbətən: – 4.55%), satışlarının maya dəyəri 131.52 mln. manat (+21.4%), inzibati xərcləri 40.43 mln. manat (+29%), satış və paylanma xərcləri 117.02 mln. manat (+13.5%), digər əməliyyat xərcləri 207.85 mln. manat (+61.4%), məzənnə fərqindən zərəri 15.51 mln. manat (+16.4%), digər gəlirləri 7.85 mln. manat (-35%), maliyyə xərcləri 2.82 mln. manat (+4%), icarə öhdəlikləri üzrə faiz xərcləri 63 min manat (+16.7%), mənfəət vergisi ödəmələri isə 85 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1  milyard 837 min manat olub ki, bu da illik müqayisədə 9.75% çoxdur. 2020-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0.6% azalaraq 582.81 mln. manata düşüb, balans kapitalı isə 28.4% artaraq 418.02 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər