“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Banker.az-ın məlumatına görə, bu barədə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun bu gün keçirilən iclasında qeyd edilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.