2 C
Baku
Saturday, December 14, 2024

Expressbank 2021-ci ilin II rübünü mənfəətlə başa vurub

®“Expressbank” ASC 2021-ci ilin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank ilk yarım ili 5.6 milyon manat xalis mənfəət ilə başa vurub.

İkinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirən Bankın depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 128.1 milyon manat təşkil edib.

Eyni zamanda Bankın kredit portfelində də artım müşahidə edilib. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditləri 10% artaraq 72 milyon manat, istehlak kreditləri isə 9% artaraq 124 milyon manat təşkil edib. Kredit portfelində müşahidə olunan artım Bankın həm biznes sahiblərinə, həm də fiziki şəxslərə dəstəyinin göstəricisidir.

“Expressbank” ASC-nin 2021-ci ilin II-ci rübü üzrə faiz gəlirləri 19.7 milyon manat, faiz xərcləri isə 3.2 milyon manat təşkil edib. Ümumilikdə isə, Bankın yanvar-iyun ayları üzrə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3% artaraq 16.5 milyon manat təşkil edib. Eyni zamanda Bankın qeyri-faiz gəlirləri 10% artaraq 6.8 milyon manat təşkil edib.

2021-ci ilin II-ci rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri yenidən yüksək səviyyədə yerinə yetirib. Belə ki, 30 iyun 2021-ci il tarixində Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 43%, məcmu kapital adekvatlıq əmsalı 46%, leverec əmsalı isə 34 % təşkil edib. Bu da, müəyyən edilmiş normativlərlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.

Bankın ümumi kapitalı isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.7% artaraq 126.8 milyon manat təşkil edib.

Qeyd etmək istərdik ki, iqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər əsasında bankları qiymətləndirən Beynəlxalq Reytinq Agentliyi “Fitch Ratings” “Expressbank” ASC-nin biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə bu il də yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.

Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan “Expressbank” ASC, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir.

 

Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına https://www.expressbank.az/ daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

 

 

Son xəbərlər
Digər xəbərlər