“Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir”.
Bunu psixoloq Nərmin Osmanlı TƏBİB-in keçirdiyi “Medianın psixi sağlamlıqda rolu” adlı təlimində çıxışda deyib.
O qeyd edib ki, 1542 Psixoloji Dəstək Xətti vasitəsilə pandemiya dövründə 1 122 şəxsə cavab verilib: “Bunlardan 459-u koronavirus xəstələri olub. Karantin dövründə əsəb, təşviş və həyəcan hissi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib”.