“Asena” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Asena” MMC-nin vergi borcu 646 669 manatdır. Bu vergi borcu 22.07.2021 tarixinə olan məlumatdır.
Qeyd edək ki, 2003-cü ildə Asena şirkəti Sevda Nəcəfova tərəfindən quruldu. Şirkətin əsas fəaliyyət beynəlxalq parfümeriya və kosmetika markalarının məhsullarının paylanması idi. 2008-ci ildən bəri şirkət iş istiqamətini dəyişdirdi və təmizlik və iaşə avadanlıqlarının paylanması üzrə bir layihə həyata keçirdi.